Cəlilabadda qayda pozan sürücülər cərimələnib

Cəlilabadda qayda pozan sürücülər cərimələnib Cəlilabadda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı tədbirlər davam etdirilir.
Hadisə
10 İyun , 2021 09:43
Cəlilabadda qayda pozan sürücülər cərimələnib

Cəlilabadda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktiki tədbir davam etdrilir.

Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb. Qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib olunub. Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi