Yuxarı

​Cəlilabadda qanunsuz sərnişindaşıma hallarına qarşı reyd keçirilib - FOTO

50-dən çox yük və sərnişindaşıma avtomobili saxlanılıb

Bakı. 22 sentyabr. REPORT. AZ / Bu gün Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad regional şöbəsinin əməkdaşları Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qanunsuz taksi fəaliyyəti, habelə müvafiq lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan avtomobillərə qarşı reyd keçirib.

"Report" xəbər verir ki, reyd zamanı Xidmət əməkdaşlarının "saxla!" əmrinə tabe olmayan sürücülərlə yanaşı, onlara qarşı deyilən iradları qəbul etməyənlər də olub.

Müvafiq sənədləri və fərqlənmə nişanları olmayan sürücülər saxlanılaraq onlar barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançalarına aparılıb.

Reyddə daha çox sərnişindaşıma ilə məşğul olan minik və mikroavtobuslarda müvafiq lisenziyanın olmaması faktı aşkar olunub. Daha sonra reyd rayonun Heydər Əliyev prospektində davam etdirilib.

Reyd zamanı 50-dən çox yük və sərnişindaşıma avtomobili saxlanılıb, onlardan 20-nə inzibati protokol tərtib edilib, 5-i isə cərimə meydançasına aparılıb.

Qeyd edək ki, reydlər yaxın vaxtlarda Cənub bölgəsinin digər rayonlarında da davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi