Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıblar

Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıblar Bakı. 26 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Hadisə
26 Dekabr , 2018 15:07
Cəlilabadda qanunsuz ov edən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də Zopun kəndi ərazisində qanunsuz ov edən şəhər sakinləri Namiq VəliyevSəbuhi Cavadov saxlanılıblar.

N.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə protokol tərtib edilib.

S.Cavadovdan isə müvafiq sənədləri olmayan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi