Cəlilabadda qadın ailə münaqişəsi zəminində özünü asıb - FOTO

Cəlilabadda qadın ailə münaqişəsi zəminində özünü asıb - FOTO Hadisə onun yaşadığı evdə baş verib
Hadisə
30 Oktyabr , 2017 23:28
Cəlilabadda qadın ailə münaqişəsi zəminində özünü asıb - FOTO
REPORT

Cəlilabad. 30 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunun Göytəpə kəndində intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəhramova Gülnar Aydın qızı özünü yaşadığı evdə iplə asıb.

Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi