Cəlilabad sakini qadını döydüyünə görə saxlanılıb

Cəlilabad sakini qadını döydüyünə görə saxlanılıb Faktla bağlı araşırma aparılır
Hadisə
9 Avqust , 2016 19:15
Cəlilabad sakini qadını döydüyünə görə saxlanılıb

Cəlilabad. 9 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda özünü sayt təsisçi-redaktoru kimi təqdim edən şəxs qadını döydüyünə görə tutulub.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün günorta saatlarında rayon sakini Əfqan Sadıqov şəxsi münasibətlər zəminində Qarazəncir kənd sakini Aliyə Əşrəf qızı Zeynalovanı döyüb. Vəziyyəti ağırlaşan qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, A.Zeynalovanın vəziyyəti ağırdır. 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşırma aparılır. 

Son xəbərlər

Orphus sistemi