Cəlilabadda orta yaşlı kişini maşın vuraraq öldürüb

Cəlilabadda orta yaşlı kişini maşın vuraraq öldürüb Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb
Hadisə
12 Noyabr , 2017 00:09
Cəlilabadda orta yaşlı kişini maşın vuraraq öldürüb
Report

Cəlilabad. 12 noyabr. REPORT.AZ/ Bu gün saat 21:00 radələrində Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hələlik kimliyi məlum olmayan təxminən 40 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Meyit Cəlilabad morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi