Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
31 Oktyabr , 2016 11:00
Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabad. 31 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini Qeyrət Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü Q.Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi