Cəlilabadda obyektlərdə yanğın olub 

Cəlilabadda obyektlərdə yanğın olub  Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
13 Noyabr , 2021 20:13
Cəlilabadda obyektlərdə yanğın olub 

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 102 kvadratmetr olan dərzi sexi, bərbərxana və telefon mağazasından ibarət tikilinin tavanı 60 kvadratmetr sahədə yanıb.

Yanğın yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq söndürülüb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi