Cəlilabadda nişan, Lənkəranda yas məclisi keçirənlər cərimələndi

Cəlilabadda nişan, Lənkəranda yas məclisi keçirənlər cərimələndi Məclisin təşkilatçısı barədə qanunamüvafiq tədbirlər görülüb
Hadisə
9 Aprel , 2021 16:19
Cəlilabadda nişan, Lənkəranda yas məclisi keçirənlər cərimələndi

Cəlilabad rayonunda nişan, Lənkəran rayonunda isə yas məclisi keçirənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhər sakini M.Məmmədovun karantin rejiminin qaydalarını pozaraq qızına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon sakini Q.Əkbərovun karantin rejim qaydalarını pozaraq Separadi kəndində qohumuna yas mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin ünvanda olan polis əməkdaşları tərəfindən bir daha məclis iştirakçılarına karantin rejim qaydaları izah olunub.

Məclisin təşkilatçısı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi