Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb Cəlilabad rayonunda narkotik maddə qəbul etdikdən sonra şok keçirərək küçədə ölən şəxsin adı məlum olub. Reportun yerli bürosu xəbər verir ki, ölən şəxs 1973-cü il təvəllüdlü Mehman Zeynalov olub. O, yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb və müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. ***14:23 Cəlilabad rayonunda narkotik maddə qəbul edən şəxs küçədə ölüb.
Hadisə
9 Oktyabr , 2019 15:12
Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb
Cəlilabad rayonunda narkotik maddə qəbul etdikdən sonra şok keçirərək küçədə ölən şəxsin adı məlum olub. "Report"un yerli bürosu xəbər verir ki, ölən şəxs 1973-cü il təvəllüdlü Mehman Zeynalov olub. O, yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb və müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. ***14:23 Cəlilabad rayonunda narkotik maddə qəbul edən şəxs küçədə ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb edilib. 

Məlum olub olub ki, ölən şəxs qəbul etdiyi narkotik maddənin təsirindən şok keçirib və ölüb. 

Onun şəxsiyyətinin müəyyənləşdirilimsəi istiqamətində araşdırma aparılır. 


Son xəbərlər

Orphus sistemi