Cəlilabadda motosikl minik avtomobili ilə toqquşub, xəsarət alan var

Cəlilabadda motosikl minik avtomobili ilə toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Yanvar , 2017 19:57
Cəlilabadda motosikl minik avtomobili ilə toqquşub, xəsarət alan var

Cəlilabad. 27 yanvar. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Natiq adlı sürücünün idarə etdiyi motosikl minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklin sürücüsü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi