Cəlilabadda minik avtomobili yük maşınına çırpılıb

Cəlilabadda minik avtomobili yük maşınına çırpılıb Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
3 Fevral , 2021 22:06
Cəlilabadda minik avtomobili yük maşınına çırpılıb

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Maşlıq kəndində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili "QAZ-53" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İlkin məlumata görə, qəza minik markalı avtomobilin sürücüsünün səhvi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi