Cəlilabadda "Mercedes" ağaca çırpılıb, sürücü komaya düşüb
Hadisə
- 06 iyun, 2017
- 13:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Ağdaş kənd sakini, 1941-ci il təvəllüdlü Cavad Qüdrət oğlu Cavadov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə ağır bədən xəsarətləri alan C.Cavadov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı koma vəziyyətində Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr