FHN Cəlilabadda məktəbdə yanğınla bağlı məlumat yayıb
- 03 mart, 2022
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən "Report"a verilən məlumata görə,3 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 350 m² olan birmərtəbəli korpusda döşəmə 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:36
Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.
Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 sinif otağı yanıb.
Faktla bağlı araşdırma aparılır.