Cəlilabadda mebel fabrikində zəhərlənənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabadda mebel fabrikində zəhərlənənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Cəlilabad. 31 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda mebel fabrikində zəhərlənənlərin şəxsiyyəti məlum olub.
Hadisə
31 Yanvar , 2019 14:27
Cəlilabadda mebel fabrikində zəhərlənənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabad. 31 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda mebel fabrikində zəhərlənənlərin şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar - 1987-ci il təvəllüdlü Musayeva Vüsalə İxtiyar qızı, 1985-ci il təvəllüdlü Babayeva Pərvanə Sakit qızı, 1986-cı il təvəllüdlü Cəfərova Lalə Bayraməli qızı, 1981-ci il təvəllüdlü Tağıyeva Fəxriyyə Şəmsəddin qızı və 1970-ci il təvəllüdlü Rzayeva Nazı Səlim qızıdır.


*** 14:27

Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.

İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi