Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var

Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var Cəlilabad. 19 iyun. REPORT.AZ/ Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
Hadisə
19 İyun , 2018 00:31
Cəlilabadda kütləvi dava olub, xəsarət alanlar var

Cəlilabad. 19 iyun. REPORT.AZ/ Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. 

Belə ki, bir neçə şəxs arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Bu zaman rayonun Kirovka kənd sakinləri - 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi