Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

Cəlilabadda kütləvi dava olub, xəsarət alan var Cəlilabad. 19 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda kütləvi dava baş verib.
Hadisə
19 Aprel , 2018 22:20
Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

Cəlilabad. 19 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda kütləvi dava baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi