Cəlilabadda külli miqdarda narkotik aşkarlanıb

Cəlilabadda külli miqdarda narkotik aşkarlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
25 Yanvar , 2019 09:52
Cəlilabadda külli miqdarda narkotik aşkarlanıb

Cəlilabad. 25 yanvar. REPORT.AZ/ Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Report"un Muğan bürosunun verdiyi məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz döviyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb. Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi