Cəlilabadda körpə uşağın üstünə qaynar su dağılıb

Hadisə
  • 11 iyun, 2022
  • 11:05
Cəlilabadda körpə uşağın üstünə qaynar su dağılıb

Cəlilabad rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su dağılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2021-ci il təvəllüdlü R.A. (ad, soyadı şərti) qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb.

Azyaşlı paytaxt xəstəxanalarından birinə aparılıb. R.A.-ya 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.

Körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi