Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.
O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.
Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Cəlilabadda kişinin 21 yaşlı arvadını baltalaması ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, bu il oktyabrın 21-də rayonun Yusublu kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasovaya şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib.
Hadisə ilə bağlı dünən Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.