Yuxarı

Cəlilabadda karantini pozanlardan biri həbs edildi, 93-ü cərimələndi

​Cəlilabadda karantin qaydalarını pozan 93 nəfər cərimələndi, 1 nəfər

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 

Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. 

Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. 

Ümumilikdə rayon ərazisində indiyədək 93 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilərək cərimələnib. 1 nəfər isə inzibati qaydada həbs edilib. Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 36-sı sürücü, 58-i piyadadır.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi