Cəlilabadda itkin düşən 11-ci sinif şagirdi tapılıb

Cəlilabadda itkin düşən 11-ci sinif şagirdi tapılıb Cəlilabad. 27 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda itkin düşən 11-ci sinif şagirdi Oruc Atif oğlu Hüseynov tapılıb.
Hadisə
27 Dekabr , 2018 17:15
Cəlilabadda itkin düşən 11-ci sinif şagirdi tapılıb
0 : 00
0 : 00

Cəlilabad. 27 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda itkin düşən 11-ci sinif şagirdi Oruc Atif oğlu Hüseynov tapılıb.

Bu barədə "Report"un Muğan bürosuna məktəblinin atası Atif Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, oğlu polislər tərəfindən Bakı şəhərində tapılıb və bu gün onlara təhvil veriləcək. 

A.Hüseynov oğlunun tapılmasına görə, öz ailəsi və qohumları adından "Report" İnformasiya Agentliyinə təşəkkür edib.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Oruc Atif oğlu Hüseynov dekabrın 8-də yaşadığı evdən gedib və geri qayıtmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdi.

Son xəbərlər

Orphus sistemi