Cəlilabadda intihar hadisəsi baş verib

Cəlilabadda intihar hadisəsi baş verib 28 yaşlı qadın siçan zəhəri qəbul edərək ölüb
Hadisə
285
3 İyun , 2015 11:07
Cəlilabadda intihar hadisəsi baş verib

Bakı. 3 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi baş verib. “Report”un məlumatına görə, rayonun Kövüzbulaq kənd sakini 28 yaşlı Mirzəyeva Aynur Rafiq qızı siçan zəhəri qəbul edərək ölüb. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı A.Mirzəyevanın mütəmadi olaraq həyat yoldaşı İslam Əhmədov və qayınanası Təzəxanım Əhmədova tərəfindən işgəncələrə məruz qaldığı və bu səbəbdən həyatına qəsd etdyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi