Cəlilabadda iki minik maşını toqquşub, 1 nəfər xəsarət alıb

Cəlilabadda iki minik maşını toqquşub, 1 nəfər xəsarət alıb Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hadisə
13 May , 2018 13:11
Cəlilabadda iki minik maşını toqquşub, 1 nəfər xəsarət alıb

Cəlilabad. 13 may. REPORT.AZ/ Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2012-ci təvəllüdlü şəhər sakini Əhmədov Mədət Məzahir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi