Cəlilabadda iki minik avtomobili toqquşdu

Cəlilabadda iki minik avtomobili toqquşdu Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyun , 2020 00:30
Cəlilabadda iki minik avtomobili toqquşdu

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili “VAZ 21011” markalı minik avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi