Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB

Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB Cəlilabad rayonunda evdə yanğın başlayıb.
Hadisə
8 Sentyabr , 2024 15:44
Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB

Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.

Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.

Faktla bağlı araşdırma aparılır.

14:44

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi