Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 İyun , 2024 00:33
Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “Lexus” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi