Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
1 Fevral , 2020 18:25
Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Daha sonra zərbənin gücündən “VAZ 2107” markalı minik avtomobili yolun kənarına aşıb.

Aşan avtomobilin sürücüsü, Mikayıllı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Teyyub İntiqam oğlunun ayağı sınıb.

Yaralı xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi