Cəlilabad rayonunda "QAZel" markalı yük maşını ilə "Jeep" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, "QAZel" markalı yük avtomobilinin sürücüsü, Cəlilabad rayon sakini Şükürov Asif Əli oğludur. O, xəstəxanaya döş qəfəsinin əzilməsi diaqnozu ilə daxil olub.
Faktla bağlı araşdırma aparılır.
***17:45
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə
Belə ki, "QAZel" markalı yük maşını ilə "Jeep" markalı minik avtomobili toqquşub. Nəticədə "QAZel"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


