Cəlilabadda ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələri barədə araşdırma aparılır

Cəlilabadda ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələri barədə araşdırma aparılır Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.
Hadisə
21 Fevral , 2022 22:07
Cəlilabadda ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələri barədə araşdırma aparılır

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad rayon sakinləri E.Hüseynov, R.Yusubov, T.Əliyev və H.Rzazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi