Cəlilabadda hərbi sursat və təlim məqsədli silah qumbarası aşkarlanıb

Cəlilabadda hərbi sursat və təlim məqsədli silah qumbarası aşkarlanıb Bakı. 21 sentyabr. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumatlar daxil olub.
Hadisə
21 Sentyabr , 2018 16:25
Cəlilabadda hərbi sursat və təlim məqsədli silah qumbarası aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumatlar daxil olub.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Belə ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat (OQ-9) və 1 ədəd təlim məqsədli silah qumbarası (VOQ-25P) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi