Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Report"un xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın lokallaşdırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hazırda soyutma işləri aparılır.
İlkin məlumata görə, yanğın nəticəsində 20-yə yaxın mağazaya ziyan dəyib.
Ümumilikdə hadisə yerinə Cəlilabaddan 4, Masallıdan 2, Biləsuvardan 1 və Salyandan 1 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda hadisənin səbəbləri və dəyən ziyanın məbləği araşdırılır.
Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.