Cəlilabadda gənc oğlanı maşın vurub

Cəlilabadda gənc oğlanı maşın vurub Yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib
Hadisə
9 Dekabr , 2017 22:45
Cəlilabadda gənc oğlanı maşın vurub

Cəlilabad. 9 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunun Uzuntəpə kəndində piyadavurma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, minik avtomobili 2000-ci il təvəllüdlü rayon sakini Mehdiyev Cəmil Ceyhun oğlunu vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi