Cəlilabadda gənc oğlan bıçaqlanıb

Cəlilabadda gənc oğlan bıçaqlanıb Hadisəni onun tanıdığı şəxs törədib
Hadisə
5 Aprel , 2018 08:50
Cəlilabadda gənc oğlan bıçaqlanıb

Cəlilabad. 5 aprel. REPORT.AZ/ Cəlilabad rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Uzuntəpə kənd sakini Vəliyev Pərviz Ərzuman oğlu bıçaqlanıb.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, ona ilkin tibbi yardım göstərilib.

Yaralının dediyinə görə, onu tanıdığı şəxs blçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi