Cəlilabadda fermada yanğın oldu - VİDEO

Cəlilabadda fermada yanğın oldu - VİDEO Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
345
4 May , 2020 22:57
Cəlilabadda fermada yanğın oldu - VİDEO

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində yerləşən fermalardan birində qeydə alınıb. Yanğın yerinə FHN-in Cəlilabad rayon Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində ot bağlamaları və ferma ərazisində olan açıq quru otlar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda hadisənin başvermə səbəbi fermaya dəyən maddi ziyanın məbləği araşdırılır.

Son xəbərlər

Orphus sistemi