Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evlərindən birində yanğın olub.
Hadisə
27 İyul , 2019 21:28
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evlərindən birində yanğın olub.

"Report"un Muğan bürosu xəbər verir ki, ümumi sahəsi 128 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının pəncərə çərçivəsi və tavanı 6 m² sahədə yanıb.

Yanğın daha sonra evə bitişik ümumi sahəsi 88 m² olan tövləyə keçib. Tövlənin yanar konstruksiyaları 64 m² sahədə, altına yığılan 6.5 ton ot bağlamasının isə 2 tonu yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi