Cəlilabadda evdən 3 min manatdan çox oğurluq olub

Cəlilabadda evdən 3 min manatdan çox oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Oktyabr , 2017 16:24
Cəlilabadda evdən 3 min manatdan çox oğurluq olub

Cəlilabad. 6 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yaşayış olmayan evdən oğurluq edilib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Vuqar Niftullayev küçəsində Alxas Məmmədova məxsus evdə baş verib. 

Belə ki, uzun müddətdir Bakıda yaşayan ev sahibi rayona gələrkən şəxsi mənzilinin qapısının üzərindəki kilidin sındırıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər evdən bahalı məişət və cehizlik əşyalarını oğurlamaqla A.Məmmədova, ümumilikdə, 3 min manatdan çox zərər vurublar.

Zərərçəkən "Report"un yerli bürosuna bundan əvvəl də onun evindən oğurluq etmək məqsədilə zirzəmidəki pəncərənin şüşəsinin sındırıldığını, lakin mənzilə giriş olmadığından oğruların istəyinə nail ola bilmədiyini söyləyib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi