Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, 2 mərtəbəli evdə yanğın baş verib. Hadisə yerinə Cəlilabad YMH-nin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb.
İlkin məlumata görə, yanğın nəticəsində evin 400 kvadratmetr sahəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.



