Cəlilabadda ər arvadını qətlə yetirib - FOTO - YENİLƏNİB

Cəlilabadda ər arvadını qətlə yetirib - FOTO - YENİLƏNİB Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb
Hadisə
26 Avqust , 2017 23:51
Cəlilabadda ər arvadını qətlə yetirib - FOTO - YENİLƏNİB

Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabadda ər arvadını dəmir alətlə qətlə yetirib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 43 yaşlı İsmayıl Əliağa oğlu İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İ.İsmayılov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***23:08

Cəlilabad. 26 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda qadın qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində baş verib. Qadının əri tərəfindən qətlə yetirildiyi bildirilir. 

Hazırda hüquq-mühafizə orqanları hadisə yeinə baxış keçirir və araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi