Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB

Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq naxıra gedən mal-qaranın üzərinə düşməsindən sonra Alar kəndinə verilişi dayandırılan elektrik enerjisi bərpa olunub.
Hadisə
8 Sentyabr , 2019 20:50

Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq naxıra gedən mal-qaranın üzərinə düşməsindən sonra Alar kəndinə verilişi dayandırılan elektrik enerjisi bərpa olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, "Azərişıq" ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən kənd ərazisinin iki ayrı yerində elektrik dirəklərindən qırılan naqillərdəki nasazlıq aradan qaldırılıb və həmin naqillər xəttə birləşdirilib.

Bununla da Alar kəndinə elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq yerə düşməsi nəticəsində iki iribuynuzlu heyvan tələf olub.

***14:42

Cəlilabad rayonunda elektrik naqillərinin işıq dirəyindən qırılaraq yerə düşməsi nəticəsində iki baş iribuynuzlu heyvan tələf olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Alar kəndində qeydə alınıb.

Belə ki, rayon ərazisində müşahidə olunan külək və yağış nəticəsində yüksək gərginlikli elektrik naqilləri qırılaraq kənd sakinləri - Rəsul Fərzullayevə və Vüsal Hüseynova məxsus iki iribuynuzlu heyvanın (inək) üzərinə düşüb. Nəticədə hər iki heyvan tələf olub.

Kənd sakinləri bununla bağlı rayonun hüquq-mühafizə orqanlarına və "Azərişıq" ASC-nin Cəlilabad Elektrik Şəbəkəsinə məlumat veriblər.

Hadisə ilə əlaqədar olaraq Alar kəndinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi