Cəlilabadda dumanlı hava zəncirvari qəzaya səbəb olub

Cəlilabadda dumanlı hava zəncirvari qəzaya səbəb olub “VAZ-2107” markalı avtomobil “Qazel” və digər minik avtomobili ilə toqquşub
Hadisə
13 Noyabr , 2017 22:52
Cəlilabadda dumanlı hava zəncirvari qəzaya səbəb olub

Cəlilabad. 13 noyabr. REPORT.AZ/ Cəlilabadda zəncirvari qəza hadisəsi baş verib.

“Report”un Aran bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dumanlı hava şəraitində “VAZ-2107” markalı avtomobil “Qazel” və digər minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi