Cəlilabadda dumanlı hava yol qəzasına səbəb olub

Cəlilabadda dumanlı hava yol qəzasına səbəb olub Cəlilabad. 5 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda dumanlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. 
Hadisə
5 Fevral , 2018 10:30
Cəlilabadda dumanlı hava yol qəzasına səbəb olub
Report

Cəlilabad. 5 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda dumanlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. 

"Report"un Aran bürosu xəbər verir ki, qatı duman Ələt- Astara magistralında avtomobillərin hərkətində çətinliklər yaradıb. Cənub rayonlarından Bakı istiqamətində hərəkət edən bəzi sürücülər görmə məsafəsi minuma endiyi üçün magistralın Cəlilabad rayonundan keçən hissəsində saatlarla yolda gözləməli olublar.

Qatı dumanın müşahidə olunduğu müddət ərzində magistralın bəzi ərazilərində sürücülər sürət həddinin 40-dan da aşağa endirməklə hərəkət ediblər. 

Duman qəzaya da səbəb olub. “Landrover” markalı avtomobil Cəlilabad rayonunun giriş hissəsindəki döngənin beton dirəklərinə çırpılıb. Qəza zamanı ərazidə quraşdırılmış işıq dirəkləri də sıradan çıxıb. Hadisə zamanı sürücünü yüngül bədən xəsarətləri aldığı deyilir. Ümumilikdə isə dümanlı hava şəraiti səhər saatlarına kimi davam edib.

Son xəbərlər

Orphus sistemi