Cəlilabadda dumanlı hava qəzaya səbəb olub

Cəlilabadda dumanlı hava qəzaya səbəb olub Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Oktyabr , 2021 21:49
Cəlilabadda dumanlı hava qəzaya səbəb olub
0 : 00
0 : 00

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi