Cəlilabadda DSX-nin əsgəri bədbəxt hadisə zamanı ölüb

Cəlilabadda DSX-nin əsgəri bədbəxt hadisə zamanı ölüb Cəlilabad. 18 iyun. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub.
Hadisə
18 İyun , 2018 23:22
Cəlilabadda DSX-nin əsgəri bədbəxt hadisə zamanı ölüb

Cəlilabad. 18 iyun. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.

İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, ölüb.

Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi