Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşüb - YENİLƏNİB

Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşüb - YENİLƏNİB Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Reporta bildirib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
Hadisə
2 Avqust , 2019 10:33
Cəlilabadda dişini çəkdirmək istəyən qadın komaya düşüb - YENİLƏNİB

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a bildirib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Könül Şahbozova adlı xəstə müraciət etməyib. Ümumiyyətlə belə bir hadisə də baş verməyib. Bəzi saytlarda həmin xanımın yaşadığı ünvan da qeyd olunmuşdu. Biz araşdırma apardıq və həmin ünvanda olduq. Məlum oldu ki, Vüqar Mürsəlov 44 ünvanında Könül Şahbazova adlı qadın bir neçə il bundan əvvəl ailə həyatı qurub və başqa ünvanda yaşayır". 


*** 09:21

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb. 

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi