Cəlilabadda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb - YENİLƏNİB

Hadisə
  • 09 sentyabr, 2022
  • 10:29
Cəlilabadda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qəzada yaralanan 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu Masallıda özəl xəstəxanaya təxliyyə edilən zaman vəfat edib.

Digər 3 yaralı isə Masallı rayonunda yerləşən özəl xəstəxanaya köçürülüb.

09.34

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" minik avtomobili "Kamaz" markalı yük avtomobili aparan evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.