Cəlilabadda biçilməmiş 20 hektar taxıl sahəsi yanıb - FOTO

Cəlilabadda biçilməmiş 20 hektar taxıl sahəsi yanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyun , 2016 17:51
Cəlilabadda biçilməmiş 20 hektar taxıl sahəsi yanıb - FOTO

Cəlilabad. 18 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində biçin zamanı qeydə alınıb.

Belə ki, taxıl sahəsində baş verən yanğın zamanı hava küləkli olduğundan əhatə dairəsi daha da genişlənib. Nəticədə yanğın Suluçeşmə kəndi ilə yanaşı qonşu Əliabad, Abdullu və Mollalı yaşayış məntəqələrinin ərazisindəki biçilməmiş taxıl sahələrinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşınları və xeyli sayda canlı qüvvə cəlb edilməklə yanaşı qonşu rayonlardan da kömək çağırılıb.

Yanğın söndürülüb və alovun digər sahələrə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 20 hektar taxıl və vələmir sahəsi yanaraq kül olub. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi