Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub

Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub Cəlilabad. 8 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Hadisə
8 Oktyabr , 2018 17:09
Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub
0 : 00
0 : 00

Cəlilabad. 8 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. 

Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürəyinə iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad rayon Polis şöbəsinə gələrək təslim olub.  

Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğundan şübhələnərək qətlə yetirdiyini bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə oktyabrın 7-də baş verib.

Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda daha bir qətl hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini dayısını qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi