Cəlilabadda 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB

Cəlilabadda 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB On-on bir yaşlı yeniyetmənin cəsədi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Hadisə
9 May , 2017 22:49
Cəlilabadda 9 yaşlı uşaq çayda boğulub - YENİLƏNİB

Cəlilabad. 9 may. REPORT.AZ/ Cəlilabad rayonunda suda boğulan 9 yaşlı uşağın kimliyi məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, çayda boğulan uşaq Cəlilabad şəhər Mikayıl Müşfiq küçəsində yaşayan Hacı İbadət oğlu Həsənlidir.

Qeyd edək ki, hadisə rayon ərazisindən keçən Mişarçayda qeydə alınıb.  

H.Həsənlinin cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır. 

***21:47

Cəlilabad rayonunda suda boğulma hadisəsi baş verib.

“Report”un Aran bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan təxminən 9-10 yaşlı uşaq rayon ərazisindən keçən Mişarçayda boğulub.

Onun cəsədi çayda batdığı yerdən çıxarılıb və yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi