Cəlilabadda axtarışda olan şəxs saxlanılıb

Cəlilabadda axtarışda olan şəxs saxlanılıb Cəlilabad rayonunda axtarışda olan şəxs tutulub.
Hadisə
23 Mart , 2019 12:37
Cəlilabadda axtarışda olan şəxs saxlanılıb

Cəlilabad rayonunda axtarışda olan şəxs tutulub.

Bu barədə "Report"un Muğan bürosun Cəlilabad rayon Polis şöbəsindən bildirilib. 

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 240.1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə axtarışda olan Cəlilabad şəhər sakini Yusif Cəfərov rayon ərazisində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi